Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib

13 iyun 2020 | 16:00

13 iyun 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti videomüşavirə keçirilib.
Vidoemüşavirədə rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və məktəb direktorları da daxil olmaqla ümumilikdə 200 nəfər iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə açan  Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlil edildiyini və son günlərdə virusa yoluxma hallarının sayı, xəstəliyin yayılma dinamikasının nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilməsini videomüşavirə iştirakçılarının diqqətinə çatdırdı.
Sonra rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Cəlil Nəzərov koronavirusla bağlı rayondakı son durumla bağlı geniş məlumat verdi. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirdi ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxılmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir.
Videomüşavirədə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev,  Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov,  Masallı Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Rəhman Muxtarov, “Azərsun” şirkətinin baş aqronomu Sahib Rəhimov, Masallı rayon icra hakimiyyəti başçısının Təzə Alvadı, çaxırlı, Həsənli və Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri çıxış etdilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, xüsusi karantin rejimi müddətində bir sıra inzibati ərazi nümayəndələri tərəfindən yol verilən nöqsanlar və kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən taxıl biçini, biçilmiş sahələrin yanğından mühafizəsi, çay, tərəvəz, çəltik əkinlərinin vəziyyəti, tütünün və baramanın təhvil verilməsinin davam etdirilməsi, ərazilərdə əkilmiş ağacların suvarılması və abadlıq işlərinin aparılması, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması, işıq, qaz və rabitə borclarının yığılması vəziyyəti və s. müzakirə edildi.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov “Son Zəng” münasibəti ilə məzunları təbrik edərək bildirdi ki, sizlərin hər birini “Məzun günü” münasibəti ilə səmimi qəlbən təbrik edir, sizlərə müstəqil həyatınızda və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. İnanıram ki, mövcud pandemiya sizləri təhsil sahəsində ruhdan sala bilməyəcək, sizlər yüksək savad və intellekt nümayiş etdirərək ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün bütün gücünüzü səfərbər edib büyük nəaliyyətlərə imza atacaqsınız. Mən buna əminəm.
Daha sonra rayon rəhbəri videomüşvirə iştirakçılarının timsalında Masallı sakinlərini “15 İyun-Milli Qurtuluş Günü” münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycanın tarixində elə günlər var ki, həmin günlər xalqımızın gələcək taleyinin müəyyən olunmasında böyük başlanğıcın əsasını qoyur. Tarixi hadisələrlə zəngin belə günlərdən biri 15 İyun 1993-cü il tarixidir. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə, sadəcə, bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə dövlətimizin idarəçiliyi təcrübəli, müdrik dövlət xadiminə etibar edildi. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı.
Sonda rayon rəhbəri həlli vacib məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verdi.

Keçidlər