Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn Rinq” İntellektual Oyunu üzrə rayon turu

03 may 2014 | 15:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq icrasının təmin edilməsi məqsədilə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 02 May 2014-cü il tarixdə  Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Breyn- Rinq” İntellektual Oyunu üzrə 14-29 yaşlı gənclər və orta ümumtəhsil məktəblərinin IX-X-XI sinifləri  arasında Rayon turniri keçirilmişdir.

       Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış,        tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.

 Bilik yarışında 212 nəfər gənc öz bilik və bacarıqlarını , intellektual səviyyələrini sınamışlar. Gərgin və maraqlı keçən bilik yarışın yekununda Bala Kolatan kənd tam orta məktəbin komandası I yer, 3 saylı Ərkivan qəsəbə tam orta məktəbin komandası II yerə , Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbin komandası  III yerə layıq görülmüşdür. Fəallığına  görə isə Masallının S.Xəlilov adına Qızılağac kənd 1saylı tam orta məktəbin komandası diplomla təltif eolunmuşdur.

         Rayon  birinciliyində qalib gəlmiş  bütün  komanda üzvləri Rayon Gənclər və İdman idarəsi tərəfindən  diplom və qiymətli hədiyyələrlə  təltif olunmuşlar.

Keçidlər