Masallı məktəblilərinin növbəti uğuru
05.06.2020-ci il tarixdə Respublika Fənn Olimpiadalarının riyaziyyat və fizika fənləri üzrə, 09.06.2020-ci il tarixdə isə Azərbaycan dili və ədəbiyyat, biologiya, coğrafiya, kimya və tarix fənləri üzrə final turu keçirilmiş, qiymətləndirmə və yazı işlərinin münsiflər heyətinin iştirakı ilə müzakirə prosesi yekunlaşmış və qaliblər qaydalara uyğun olaraq müəyyən edilmişdir.
Respublika Fənn Olimpiadalarında müvafiq fənn və yaş qrupları üzrə Masallı rayon ümumtəhsil məktəblərindən 12 (on iki) şagird iştirak etmişdir. Bu şagirdlərdən 6 (altı) nəfəri nəticələrə uyğun yer tutmuşlar.
1. Coğrafiya fənnindən yuxarı yaş qrupu üzrə Qızlağac 1 saylı tam orta məktəbin XI sinif şagirdi Səfərli Toğrul I yer.
2. Coğrafiya fənnindən yuxarı yaş qrupu üzrə Qızlağac 1 saylı tam orta məktəbin XI sinif şagirdi Nəsirov Fərid II yer.
3 .Tarix fənnindən yuxarı yaş qrupu üzrə Qızlağac 1 saylı tam orta məktəbin XI sinif şagirdi Ramazanlı Azər II yer.
4. Coğrafiya fənnindən aşağı yaş qrupu üzrə Şığıncaq kənd tam orta məktəbin VIII sinif şagirdi Cəfərov Rövnəq II yer.
5. Kimya fənnindən yuxarı yaş qrupu üzrə Şəhər III saylı tam orta məktəbin X sinif şagirdi Şükürlü Kənan III yer.
6. Tarix fənnindən aşağı yaş qrupu üzrə Sığdaş kənd tam orta məktəbin IX sinif şagirdi Musayev Sadiq III yer.