Masallı səhiyyəsinin rəhbəri Cənab Prezident tərəfindən təltif olundu
Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin 16 iyun 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Cəlil Oruc oğlu Nəzərova “Əməkdar həkim” fəxri adı verilmişdir.
Cəlil Nəzərov 02 may 1957-cı ildə Masallı rayonu Miyankü kəndində anadan olmuşdur. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Cərrah-uroloq ixtisasını bitirmiş, ilk fəaliyyətinə 1987-ci ildə Masallı rayon Mərkəzi Xəstəxanasında həkim-uroloq kimi başlamışdır. 2003-cü ildən Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 2019-cu ildən Masallı RMX PHŞ-nın baş direktoru, 2020-ci ildən isə Masallı RMX PHŞ-nın direktoru vəzifəsində işləyir.
Cəlil Nəzərovu “Əməkdar həkim” fəxri adını alması münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və işlərində uğurlar arzu edirik.