Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
17 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
1. 17 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, İstisu sanatoriyası, Ərzaq məhsullarının tədarükü və təchizatı ASC, Avtovağzal, Mərkəzi Poçt, rayon Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 8 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 ərazidə 20 fərdi yaşayış evi, 1 iaişə obyekti və 4 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 173 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 17 iyun 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 2227 nəfərlə maarifləndirici söhbət aparılmış (ümumilikdə 86 358), vətəndaşlara 267 ədəd maska (ümumilikdə 6713) paylanılmışdır. Təbliğat işləri davam etdirilir.
4. 17 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 70 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 6604 nəfərdən yaxma götürülmüşdür.
5. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 17 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 3 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 54 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.