Xırmandalıda yemiş yığımına başlanıb
18 iyun 2020 | 16:00
Xırmandalı torpaqlarının yemiş əkini üçün əlverişli olması yerli fermerləri bu işə cəlb edir. Ərazidə bu il 180 hektar sahədə örtük altında yemiş əkilib. Artıq bir həftədir ki, bostanlarda məhsul yığımına başlanılıb. Təsərrüfatçılardan Yusif Niftiyev əkin sahələrindən hər gün 100-200, Camaləddin Həsənov 300-400, Ağalar Eminəliyev 100-150, Azad Fərzəliyev 400 kiloqrama yaxın məhsul yığırlar. Məhsuldarlıqdan razı qalan əkinçilər yerli bazarla yanaşı qonşu rayonlardan və paytaxt bazarlarından da müştərilərin olduğunu bildirirlər.