Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
18 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
1. 18 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Su-kanal İdarəsi, Avtovağzal, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 11 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 ərazidə 2 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 172 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Masallı rayonu ərazisində 11 434 nəfərə 190 manat vəsait verilmişdir. Habelə 2868 nəfərə 2-ci dəfə 190 manat almaqdan ötrü kart verilmişdir.
4. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 18 iyun 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 2001 nəfərlə maarifləndirici söhbət aparılmış (ümumilikdə 88 359), vətəndaşlara 259 ədəd maska (ümumilikdə 6972) paylanılmışdır. Təbliğat işləri davam etdirilir.
5. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 18 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 11 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 65 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.