Şriftin ölçüsü :

Saytın rəngi :

Tüklə ərazisində bələdiyyə binası və ağsaqqallar klubunun açılışı olmuşdur

01 may 2014 | 15:00

30 aprel 2014-cü il tarixdə Masallı rayon Tüklə kənd mərkəzində Tüklə bələdiyyəsinin inzibati binasının və kənd Ağsaqqallar klubunun açılışı mərasimi olmuşdur.

            Tədbiri giriş sözü ilə açan Tüklə kənd bələdiyyəsinin sədri Eyvaz İmaməliyev mərasim iştirakçılarını salamlamış və ölkə başçısının regionlara göstərdiyi diqqət və qayğısından geniş söhbət açaraq Tüklə ərazisində inşa olunmuş bələdiyyə binası və Ağsaqqallar klubunun açılışının bu diqqətin bariz nümunəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

            Sonra kəndin ziyalı-ağsaqqalı Hənifə Məhərrəmov kəndə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə ərazi sakinləri adından öz dərin minnətdarlığını bildirdi.

            Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Tüklə kəndində bələdiyyə binası və Ağsaqqallar klubunun açılışına həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-bələdiyyə binası və Ağsaqqallar klubunun açılışı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.

            Ənənəyə uyğun olaraq rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Tüklə kənd bələdiyyəsinin sədri Eyvaz İmaməliyev və kənd ağsaqqalları tikilmiş inzibati binaların rəmzi lentini kəsmişlər.

            Sonda rayon rəhbərliyi kənd ziyalıları və ağsaqqallar ilə birgə çay süfrəsi ətrafında tədbiri davam etdirmişlər.

Keçidlər