Masallı RİH başçısı növbəti virtual qəbulu
19 iyun 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda ilk olaraq Göyəçöl kənd sakini Əmənov Mübariz Qüdrət oğlu internetdən normal istifadə edə bilməməsi, Rüdəkənar kənd sakini Hüseynov Valid Zeyni oğlu əlil övladına evdə dərs keçirilməməsi və əlillik dərəcəsi ala bilməməsi, Masallı şəhər sakini Kazımov Vasif Ağababa oğlu yanacaqdoldurma məntəqəsinə aid olan torpağın satılması, Türkoba kənd sakini Ağayev Vəkil Mürşüd oğlu və Hüseynov Qaraxan Mirzə oğlu ərzaq yardımları, torpaq daşınması və pay torpağında qanunsuz tikili, azyaşlı qızların erkən ərə getməsi və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.