Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirildi
19 iyun 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti videomüşavirə keçirilib.
Vidoemüşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və məktəb direktorları da daxil olmaqla ümumilikdə 270 nəfərdən çox fəal iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlil edildiyini və son günlərdə virusa yoluxma hallarının sayı, xəstəliyin yayılma dinamikasının nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 21 iyul tarixindən 5 iyul tarixinə qədər sərt karantin rejimi elan olunmasını və rayonumuzunda xüsusi karantin rejimdə olan rayonlar siyahısında olmasını videomüşavirə iştirakçılarının diqqətinə çatdırdı.
Qeyd olundu ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yexlax, Cəllabad, Abşeron rayonu kimi Masallı rayonundada insanlar SMS, xüsusi xəbərdarlıq, icazələr əsasında zərurət yarandığı halda evlərindən çıxa bilər.
Sonra rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru, Əməkdar həkim Cəlil Nəzərov koronavirusla bağlı rayondakı son durumla bağlı geniş məlumat verdi. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirdi ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara daha ciddi əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxılmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir.
Videomüşavirədə Masallı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov xüsusi karantin rejimi günlərində şəxsi heyyətə xüsusi tapşırıqlarını verdiyini, xüsusi karantin rejimini pozanlar barədə ciddi tədbirlərin görüləcəyini bildirdi, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev əkin sahələrinin təsərrüfat suyu ilə təminatında çətinliklərin olmadığını, Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov müəllimlər arasında xüsusi karntin rejimi ilə bağlı təbliğat işlərinin aparıldığı və şagirdlərində qaydalara riayət etmələri üçün virtual qaydada olaraq onlara tapşırıq və tövsiyyələr vermələrini vurğulamışlar. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev çıxış edərək bildirmişdir ki, rayon üzrə ümumilikdə 9648 hektar sahədə taxıl əkini aparılmışdır ki, bundan 6878 hektarı buğda və 2770 hektarı arpa sahəsidir. 16 iyun 2020-ci il tarixdə Masallı rayonu üzrə 527 hektar sahədə taxıl biçilmişdir ki, bundan 470 hektar sahəsi buğda, 57 hektarı sahədə arpa biçinidir. Ümumilikdə isə rayon üzrə 4563 hektar sahədə taxıl biçilmişdir ki, bunun 1946 hektarını buğda, 2617 hektarını isə arpa biçini təşkil edir. Hazırda zəmilərdə 27 kombayn işləyir, taxıl biçini işləri davam etdirlir. 250 hektar əvəzinə 253, 9 hektar sahədə çəltik əkilib. Tütün əkini 58 hektar sahəni təşkil edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, xüsusi karantin rejimi müddətində bir sıra inzibati ərazi nümayəndələri tərəfindən yol verilən nöqsanlar və kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən taxıl biçini, biçilmiş sahələrin yanğından mühafizəsi, çay, tərəvəz, çəltik əkinlərinin vəziyyəti, tütünün və baramanın təhvil verilməsinin davam etdirilməsi, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması, və s. müzakirə edildi.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov həlli vacib olan məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verdi.