Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
19 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
1. 19 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Avtovağzal, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 8 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 2 ərazidə 2 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 172 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Masallı rayonu ərazisində 11 434 nəfərə 190 manat vəsait verilmişdir. Habelə 2872 nəfərə 2-ci dəfə 190 manat almaqdan ötrü kart verilmişdir.
4. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 19 iyun 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 1819 nəfərlə maarifləndirici söhbət aparılmış (ümumilikdə 90 178), vətəndaşlara 174 ədəd maska (ümumilikdə 7146) paylanılmışdır. Təbliğat işləri davam etdirilir.
5. 19 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 70 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 6674 nəfərdən yaxma götürülmüşdür.
6. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 19 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 10 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 75 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.