Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

21 iyun 2020 | 16:00

20 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 20 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Avtovağzal, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Məhkəmə, Maliyyə idarəsi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 9 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Halhazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 172 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 20 iyun 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 2658 nəfərlə maarifləndirici söhbət aparılmış (ümumilikdə 92 836), vətəndaşlara 879 ədəd maska (ümumilikdə 8025) paylanılmışdır. Təbliğat işləri davam etdirilir.

4. 20 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 101 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 6775 nəfərdən yaxma götürülmüşdür.

5. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 20 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 2 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 77 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.

Keçidlər