Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tibbi maskadan istifadə etməyənlər cərimələniblər

21 iyun 2020 | 16:00

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, onlara sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılıb.
Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və xüsusi karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Xüsusi karantin rejiminin tələblərini pozanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələniblər.

Keçidlər