Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 91 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ ÜMUMRAYON TƏDBİR

08 may 2014 | 15:00

07 may 2014-cü il tarixdə Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr edilmiş ümumrayon tədbiri keçirildi.

 Tədbirdə rayon İcra hakimiyyətinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqallar, ziyalılar, məktəblilər və minlərlə rayon sakini iştirak etmişlər.

 Tədbir iştirakçıları Ümummilli Liderin adını daşıyan Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət etmiş abidə önünə təzə tər gül dəstələri düzərək Ulu öndərə sonsuz ehtramlarını bildirmişlər.

 Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda konfrans keçirildi.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev konfransı giriş sözü ilə açaraq ümummilli liderin həyat və fəaliyyəti barədə məlumat verdi, Azərbaycanda sabitliyin bərpa olunmasında, vətəndaş qarşıdurmasının ləğvində, iqtisadi layihələrin və sosial-iqtisadi inkişafın təmin olunmasında Heydər Əliyevin müstəsna xidmətini nəzərə çatdırdı.

YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev məruzə ilə çıxış etdi. Məruzəçi bildirdi ki, hər yerdə olduğu kimi Masallıda da ulu öndərin 91-ci ildönümünə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir. Dahi rəhbərin doğum günü ilə bağlı festivallar, Heydər Əliyev dərsləri, inşa və rəsm müsabiqələri, idman yarışları, Əməkdar jurnalist, millət vəkili Elmira Axundovanın Dövlət mükafatına təqdim edilmiş “Heydər Əliyev. Şəxsiyyət və Zaman” əsərinin ictimai müzakirəsi keçirilmişdir.

Natiq ulu öndərin mənalı və dəyərli həyatına, çoxşaxəli siyasi fəaliyyətinə müraciət edərək bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində onun müstəsna xidmətləri vardır. Bu dahi şəxsiyyət xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və el məhəbbəti qazanan öndər kimi qalıb. O, milli iftixarımız, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlıdır.

Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurlu nəticələrinə diqqət çəkən sözçü iftixarla vurğuladı ki, möhkəm təməl üzərində bünövrə tutan siyasi xətt möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasi kursu ilə irəliləyir və sürətlə inkişaf edir. İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar xalqın gələcəyə inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil dövlətin etibarlı əllərdə olduğuna əminlik yaratmışdır.

Prezident təqaüdçüləri Şirvan Əbilov və Məmmədhüseyn Həsənov, Tüklə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Flora İbadova ümummilli lider Heydər Əliyevin Azərbaycan və azərbaycançılıq naminə gördüyü işlərin bugünkü ürəkaçan nəticəsindən danışdılar.

Axşam saat 19:00-da Heydər Əliyev parkında Masallı şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin və rayonun müxtəlif folklor qruplarının ifasında konsert proqramı oldu.

Keçidlər