Masallı RİH başçısı növbəti dəfə virtual qəbul keçirib
23 iyun 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Qəbul zamanı Masallı şəhər sakinlləri — ziyalı Əhəd Əhədov, din xadimləri Hacı Məftun Hüseynov və Nurəli Feyzullayev 2 iyun 2020-ci il tarixdə RİH başçısının onlayn qəbulunda bir qrup şəhər sakininin məzarlıq üçün yerin ayrılması ilə əlaqədar müraciətilərinə icra başçısı cənab Şahin Məmmədov tərəfindən baxılması, 5 hektar sahədə məzarlıq üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar minnətdarlıq bildirmişlər.
Sonra Musaküçə kənd sakini Vüsalə Quliyeva işə düzəlməsi, Qarğalıq kənd sakini Şəfa Feyzullayeva əlil övladına pensiya təyin edilməsi, Banbaşı kənd sakini Tərlan Dadaşov övladının ikinci qrup gözdən əlil oğlunun birinci qrup istəməsi, Banbaşı kənd sakini Tağı Bağırov köhnə stadion yerinin olmaması, Miyənkü kənd sakini Dilruba Xanaliyevan evinə gələcəkdə qaz sayğacının qurulmasından ötrü pulunun ödənilməsi, lakin yanvar ayından çəkilməməsi, Səmidxan kənd sakini Səyyad Mansurovun icarə torpağında alternativ yolun olmaması, Qəriblər kənd sakini Səmədağa Səmədov paybəlli torpağında qanunsuz tikinti aparması və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.