Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

23 iyun 2020 | 16:00

22 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 22 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası,  Viləş kənd xəstəxanası, RİH-in zirzəmisi,  Mərkəzi poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat,  Qızılağac kəndində həkim məntəqəsi, ərazi nümayəndəliyi, 4 ərzaq mağazası, 1 iaşə obyekti, 10 küçə, 12 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 172 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Mobil qruplar Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq maarifləndirmə işlərini onlayn qaydada müxtəlif sosial şəbəkələr vasitəsi ilə aparmışlar.

4. 23 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 48 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 6823 nəfərdən yaxma götürülmüşdür.

5. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 22 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 12 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 111 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.

Keçidlər