Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn-Rinq ”İntellektual Oynu üzrə Respublika yarışlarının zona mərhələsi keçirilmişdir.

23 noyabr 2012 | 16:00

22 Noyabr 2012-ci il tarixdə Masallı rayon Gənclər Mərkəzində Gənclərin vətənpərvərlik tərbiyəsi klublar arasında “Azərbaycan –doğma Vətənim” mövzusunda 14-29 yaşlı gənc kulublar arasında “Breyn-Rinq”-intellektual oyunu üzrə respublika yarışlarının zona mərhələsi keçirilmişdir. Respublikada fəaliyyət göstərən Gənclərin vətənpərvərlik kulublarının fəaliyyətinin gücləndirilməsi ,kulublar arasında əlaqələrin genişləndirilməsi,klub üzvlərinin intellekt yarışlarına həvəsləndirilməsi, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında öz biliklərini nümayiş etdirilmələrinə şərait yaratmaq, kulubların intellektual səviyyəsinin,dünyagörüşünü,zehni inkişafını stimullaşdırmaq,onlar arasında bilik və elmi nüfuzunu artırmaq,eləcə də asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açmış , “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının müvafiq bəndləri üzrə qarşıda duran vəzifələr və ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq iştirakçılara uğurlar diləmişdir.
Gərgin keçən bilik yarışmasında 9 Rayondan 63 nəfər gəncin iştirak etdiyi oyunda Lənkəran kulubu I yerə layiq görülərək Respublika yarışına vəsiqə qazanmışdır
Zona birinciliyində qalib gəlmiş bütün kulub üzvləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən, diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
 

Keçidlər