Masallıda Tekvando idman növü üzrə rayon birinciliyi
04-06 May 2014-cü il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Taekvando Mərkəzində “9-May Qələbə Günü” nə həsr olunmuş kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında Taekvando idman növü üzrə Masallı rayon açıq birinciliyi keçirilmişdir.
11 çəki dərəcəsində 74 nəfər kiçik yaşlı uşaqlar, yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi, rayonda tekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və gənclərin idmana olan marağını daha da artırmaqdır. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfində diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.