Şriftin ölçüsü :

Saytın rəngi :

Kolatanda kəndlər arası yolun təmirinə başlanıldı

27 iyun 2020 | 16:00

Masallı rayon Böyük Kolatan - Bala Kolatan kəndlərini birləşdirən 350 metrlik yol əsaslı təmirə bağlanmışdır. Təmir-bərpa işləri kənd əhalisinin və Rusiya Federasiyasında yaşayan soydaşların topladığı vəsait hesabına həyata keçirilir.

Hal hazırda yol kənarında yaşayan sakinlərin istəyi ilə çəpərlər sökülür və yol 6-8 metr arası genişləndirilir. Yolun kənarında olan kollar təmizlənir. Yolda 150 metrlik çirkab suların axıılması üçün novlar çəkilib və qrunt suları həmin su novları vasitəsi ilə Kolatan çayına axıdılır. İşlər yekunlaşdıqdan sonra sözü gedən yola 350 metrlik asfalt döşənəcək və Kolatan çayının üzərində olan körpü sökülərək uzunluğu 18 metr eni 5 metr olan yeni körpü salınacaqdır.

Keçidlər