Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

28 iyun 2020 | 16:00

27 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 27 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Bioloji Təbabət Klinikası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 4 Bankın qarşısı, 1 bankın inzibati binası, 9 terminal, 14 bankomat, 2 ərazidə 6 küçə, 33 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 171 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Masallı rayonu ərazisində 11 434 nəfərə 190 manat vəsait verilmişdir. Habelə  2888 nəfərə 2-ci dəfə 190 manat almaqdan ötrü kart verilmişdir. Ümumilikdə rayon üzrə 14322 nəfərə 190 manat vəsait verilmişdir.

4. İşsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə (2 ay müddətinə) rayona 474 nəfər üçün ayrılmış iş yerlərinə 40 nəfər əlavə olunaraq ümumilikdə 410 nəfərlə DOST iş mərkəzi tərəfindən müqavilə bağlanaraq işlə təmin olunmuşlar. Onlardan 85 nəfəri işə çıxmadıqları üçün işdən azad edilmişdir. Habelə 2 aylıq əmək müqaviləsi başa çatmış 141 nəfərin müqaviləsinə xitam verilmişdir. Hal hazırda 184 nəfər ictimai işlərdə çalışır. Ayrılmış yerlərə görə vətəndaşlarla müqavilə bağlanmaqdan ötrü iş davam etdirilir.

5. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Mobil qruplar Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq maarifləndirmə işlərini onlayn qaydada müxtəlif sosial şəbəkələr vasitəsi ilə aparmışlar.
Habelə Masallı rayon İcra hakimiyyətinin tapşırığına əsasən rayonun 2 qəsəbə və 100 kəndində 367 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır. Belə ki, 27.06.2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən rayon üzrə 4580 nəfərlə görüşülmüş, onlarla maarifləndirici söhbətlər aparılmışdır. Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 12751 nəfərlə maarifləndirici söhbətlər aparılmışdır.

6. 27 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 64 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7067 nəfərdən yaxma götürülmüşdür.

7. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 27 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 15 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 169 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.

Keçidlər