Masallıda İcra başçısının növbəti virtual qəbulu
29 iyun 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti virtual qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİHB-nın şöbə müdirləri, ərazi nümayəndələri iştirak edib.
Virtual qəbul zamanı Köhnə Alvadı kənd sakini Məhərrəməli Həsənovun işlə təmin olunması və qaz xəttinin kəsilməsi, Masallı şəhər sakinləri Şöhrət Fərəcovun (Seybətin) həyətyanı torpaqla, Raqil Cəfərovun (Kosakül) isə işlə təmin olunması, Səmidxan (Alışanlı) kənd sakini, II qrup əlil Nərminə İbrahimovanın I qrup ala bilməməsi, Yeyənkənd kənd sakini Canoğlan Canəliyevin işlə təmin olunması, Qızılağac kənd sakini, ehtiyatda olan zabit Kəmaləddin Həsənovun kompensasiya kimi kirayə pulu ala bilməməsi və s. ilə bağlı müraciətləri dinlənilib.
Rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.