Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

01 iyul 2020 | 16:00

30 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 30 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 2 qəsəbənin ərazisində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, 1 iaşə obyekti,  5 ərzaq mağazası, 9 küçə və 20 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 171 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Masallı rayonu ərazisində 11 434 nəfərə 190 manat vəsait verilmişdir. Habelə  2888 nəfərə 2-ci dəfə 190 manat almaqdan ötrü kart verilmişdir.

4. İşsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə (2 ay müddətinə) rayona 474 nəfər üçün ayrılmış iş yerlərinə 40 nəfər əlavə olunaraq ümumilikdə 410 nəfərlə DOST iş mərkəzi tərəfindən müqavilə bağlanaraq işlə təmin olunmuşlar. Onlardan 85 nəfəri işə çıxmadıqları üçün işdən azad edilmişdir. Habelə 2 aylıq əmək müqaviləsi başa çatmış 141 nəfərin müqaviləsinə xitam verilmişdir. Hal hazırda 184 nəfər ictimai işlərdə çalışır. Ayrılmış yerlərə görə vətəndaşlarla müqavilə bağlanmaqdan ötrü iş davam etdirilir.

5. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Mobil qruplar Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq maarifləndirmə işlərini onlayn qaydada müxtəlif sosial şəbəkələr vasitəsi ilə aparmışlar.
Habelə Masallı rayon İcra hakimiyyətinin tapşırığına əsasən rayonun 2 qəsəbə və 100 kəndində 367 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
Belə ki, 30.06.2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən rayon üzrə 4721 nəfərlə görüşülmüş, onlardan 971 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 26604 nəfər vətəndaşla görüşülmüş, 5748 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

6. 30 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 114 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7250 nəfərdən yaxma götürülmüşdür.

7. 21 iyun 2020-ci il tarixdə sərt karantin rejimi tətbiq olunduğu gündən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yoxlamalar aparılır. Belə ki, 30 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 9 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 203 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.

8. 21 iyun 2020-ci il tarixdə sərt karantin rejimi tətbiq olunduğu gündən Masallı rayon İcra hakimiyyəti və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhərində karantin qaydalarına riayət olunması ilə bağlı reydlər keçirilir. 30 iyun 2020-ci il tarixdə 73 vətəndaş arasında reyd keçirilmiş, reyd zamanı 3 nəfər vətəndaşın maskasız olması müəyyən olunmuş və həmin vətəndaşlara xəbərdarlıq olunmuşdur. Ümumilikdə şəhər ərazisində 672 vətəndaş arasında reyd keçirilmiş, 33 nəfərin maskasız, 29 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi müəyyən olunmuş, 62 nəfərinə xəbərdarlıq edilmiş və xəbərdarlığa məhəl qoymayan 10 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdir.

Keçidlər