Masallıda karantin rejiminə ciddi nəzarət davam etdirilir
Masallı rayon İcra hakimiyyəti və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə reydlər keçirilir. Reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara polis əməkdaşları tərəfindən ciddi xəbərdarlıq olunur və xəbərdarlığa əməl etməyən vətəndaşlar barəsində protokol tərtib edilərək cərimə tətbiq olunur.
Belə ki, 30 iyun 2020-ci il tarixdə rayon ərazisində 73 nəfər vətəndaşla yoxlama aparılmış, 3 nəfərin maskasız olması müəyyən olunmuş, onlardan 3 nəfər maskasız olana xəbərdarlıq olunmuşdur.
Keçirilən reydlər zamanı rayon ərazisində ümumilikdə 672 nəfər vətəndaşla yoxlama aparılmış, 33 nəfərin maskasız, 29 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi müəyyən olunmuşdur. Habelə 62 nəfərinə xəbərdarlıq olunmuş, xəbərdarlığa məhəl qoymayan 10 nəfər isə Polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq cərimə olunmuşdur.