Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib

02 iyul 2020 | 16:00

02 iyul 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti virtual qəbulunu keçirib.
Videoqəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və  təşkilatlarının rəhbərləri, RİHB-nın şöbə müdirləri, ərazi nümayəndələri iştirak edib.
Onlayn qəbulu açan İcra başçısı Şahin Məmmədov rayon ictimaiyyəti adından peşə bayramı münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətini, o cümlədən Masallı Rayon Polis Şöbəsinin kollektivini təbrik edib. Ölkədə sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında, xüsusilə pandemiya dövründə Azərbaycan polisinin müstəsna xidmət və nümunəvi fəaliyyətini yüksək qiymətləndirən rayon rəhbəri onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzulayıb.
Sonra vətəndaşların videoqəbuluna başlanılıb.
Virtual qəbul zamanı Sığdaş (Babakücə) kənd sakinləri – şəhid anası Əzizə Əkbərovanın Ünvanlı Sosial Yardım, evinin qəzalı olması və əlillik dərəcəsi ala bilməməsi, Şövlət Sahibovun xəstə nəvəsinin təqaüdünün dayandırılması, Mahmudavar (Rüdəkənar) kənd sakinləri – şəhid anası Nabat Qurbanovanın övladının işlə və mənzillə təmin olunması, İlham Əkbərovun evinin qəzalı olması və sosial durumu, Dilruba Mirzəyevanın atasına əlillik dərəcəsi ala bilməməsi, Göyəçöl kənd sakini Məmmədqulu Həsənovun  elektrik dirəklərinin qəzalı olması, Türkoba kənd sakini Günəş Əbilovanın işlə təmin olunması, Şərəfə kənd sakini Əsəd Ələkbərovun aptek və mağaza tikintisi üçün icazə verilməsi, Qəriblər (İsi) kənd sakini Xanəhməd Aslanovun ərazidəki istirahət mərkəzi və otellərdə gecələyən vətəndaşların sənədsiz qəbul edilməsi, kənddə oğurluq hadisələrinin olması, Xırmandalı kənd sakini Simurə Hüseynovanın Ünvanlı Sosial Yardım ala bilməməsi və s. ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

Keçidlər