Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
01 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
1. 01 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 2 ərazidə 6 küçə və 28 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 171 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Karantin dövründə yaradılmış 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) sərt karantin rejiminin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq maarifləndirmə işlərini onlayn qaydada müxtəlif sosial şəbəkələr vasitəsi ilə aparırlar.
Habelə Masallı rayon İcra hakimiyyətinin tapşırığına əsasən rayonun 2 qəsəbə və 100 kəndində 367 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
Belə ki, 01.07.2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən rayon üzrə 5103 nəfərlə görüşülmüş, onlardan 963 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 31707 nəfər vətəndaşla görüşülmüş, 6711 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
4. 01 iyul 2020-ci il tarixdə koronavirusla bağlı 41 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7291 nəfərdən yaxma götürülmüşdür.
5. 21 iyun 2020-ci il tarixdə sərt karantin rejimi tətbiq olunduğu gündən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yoxlamalar aparılır. Belə ki, 01 iyul 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 9 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 212 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.
6. 21 iyun 2020-ci il tarixdə sərt karantin rejimi tətbiq olunduğu gündən Masallı rayon İcra hakimiyyəti və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhərində karantin qaydalarına riayət olunması ilə bağlı reydlər keçirilir. 01 iyul 2020-ci il tarixdə 75 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 3 nəfər vətəndaşın maskasız olması müəyyən edilmiş və həmin vətəndaşlara xəbərdarlıq olunmuşdur. Ümumilikdə şəhər ərazisində 747 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 29 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 36 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 65 nəfər vətəndaşa xəbərdarlıq edilmiş və xəbərdarlığa məhəl qoymayan 10 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdir.
7. Pandemiya dövründə rayon üzrə ümumilikdə 172 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 47 nəfəri müalicə alır, 119 nəfəri sağalaraq evə buraxılmış və 6 nəfər vəfat etmişdir.