Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

03 iyul 2020 | 16:00

02 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 02 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və tabeliyində olan 1 sərnişin daşıma xidməti göstərən nəqliyyat vasitəsi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 7 ərzaq mağazası, 11 iaşə obyekti, 4 aptek, 2 ərazidə 5 küçə və 2 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 171 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Karantin dövründə yaradılmış 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) sərt karantin rejiminin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq maarifləndirmə işlərini onlayn qaydada müxtəlif sosial şəbəkələr vasitəsi ilə aparırlar.
Habelə Masallı rayon İcra hakimiyyətinin tapşırığına əsasən rayonun 2 qəsəbə və 100 kəndində 367 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
Belə ki, 02.07.2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən rayon üzrə 5152 nəfərlə görüşülmüş, onlardan 988 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 36859 nəfər vətəndaşla görüşülmüş, 7699 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

4. 02 iyul 2020-ci il tarixdə koronavirusla bağlı 37 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7328 nəfərdən yaxma götürülmüşdür.

5. 21 iyun 2020-ci il tarixdə sərt karantin rejimi tətbiq olunduğu gündən Masallı rayon İcra hakimiyyəti və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhərində karantin qaydalarına riayət olunması ilə bağlı reydlər keçirilir. 02 iyul 2020-ci il tarixdə 819 nəfərin icazəsinin olub-olmaması  soruşulmuşdur. Reyd zamanı 44 nəfər vətəndaşın maskasız, 39 nəfər isə yaşayış yerini icazəsiz tərk etməsi müəyyən edilmişdir. Həmçinin 17 vətəndaş və 2 obyekt cərimə olunmuş 64 nəfər vətəndaşa isə xəbərdarlıq olunmuşdur.
Ümumilikdə şəhər ərazisində 1566 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 68 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 80 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 129 nəfər vətəndaşa xəbərdarlıq edilmiş və xəbərdarlığa məhəl qoymayan 29 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdir.

6. Pandemiya dövründə rayon üzrə ümumilikdə 174 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 48 nəfəri müalicə alır, 120 nəfəri sağalaraq evə buraxılmış və 6 nəfər vəfat etmişdir.

Keçidlər