Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
03 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
1. 03 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 47 saylı Yol istimar idarəsinin inzibati binası, Avtovoğzal, 6 sərnişin daşıma xidməti göstərən nəqliyyat vasitəsi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 170 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
03 iyul 2020-ci il tarixdə 802 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 52 nəfər vətəndaşın maskasız, 39 nəfər isə yaşayış yerini icazəsiz tərk etməsi müəyyən edilmişdir. Həmçinin 4 nəfər cərimə olunmuş 87 nəfər vətəndaşa isə xəbərdarlıq olunmuşdur.
Umumilikdə Masallı şəhəri üzrə mobil qruplar tərəfindən 2368 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 107 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 119 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 216 nəfər vətəndaşa xəbərdarlıq edilmiş və xəbərdarlığa məhəl qoymayan 33 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdir.
4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
03.07.2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən rayon üzrə 5268 nəfərlə görüşülmüş, onlardan 1030 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 42127 nəfər vətəndaşla görüşülmüş, 8729 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
5. Ümumilikdə rayon üzrə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən rayon üzrə 44495 nəfər vətəndaşla görüşülmüş, 107 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 8848 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 216 nəfər vətəndaşa xəbərdarlıq edilmiş və xəbərdarlığa məhəl qoymayan 33 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
6. Ümumilikdə rayon ərazisində 7328 nəfərdən yaxma götürülmüşdür.
7. Pandemiya dövründə rayon üzrə ümumilikdə 174 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 48 nəfəri müalicə alır, 120 nəfəri sağalaraq evə buraxılmış və 6 nəfər vəfat etmişdir.