Masallı RİH başçısı növbəti dəfə virtual qəbul keçirib
04 iyul 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Qəbul zamanı Güllütəpə kənd sakini Qardaşxan Cəlil oğlu Nəhmətov əlillik dərəcəsi ala bilməməsi, Masallı şəhər sakinləri — Qənimət Yolbəyi qızı Nəsirova və Mehbalı Teymur oğlu Cəfərovun işlə təmin olunmaları, Şəfəq German qızı Muxtarova, Şükran Fikrət qızı Əliyeva ailə vəziyyətinin çətin olması, Boradigah qəsəbə sakini Cəlil Vəliyulla oğlu Zahirov lahiyəsinin təsdiq olunmaması, Musaküçə kənd sakini Cabir Kərim oğlu Dadaşov iş yerinin dəyişməsi ilə bağlı, Ərkivan qəsəbə sakini Namiq Balağa oğlu Atakişiyev rayon Regional Meşə idarəsində işlə təmin olunması və s. ilə əlaqədar müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.
Vətəndaşların müraciətlərini dinləyən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.