Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

05 iyul 2020 | 16:00

04 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 04 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi,  6 sərnişin daşıma xidməti göstərən nəqliyyat vasitəsi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat və Masallı şəhərinin bütün mərkəzi küçələri dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 170 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
04 iyul 2020-ci il tarixdə 1073 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 78 nəfər vətəndaşın maskasız, 32 nəfər isə yaşayış yerini icazəsiz tərk etməsi müəyyən edilmişdir. Qaydaları pozan 15 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Umumilikdə Masallı şəhəri üzrə mobil qruplar tərəfindən 3441 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 139 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 197 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 48 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
04 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən rayon üzrə 4409 nəfərlə görüşülmüş, onlardan 800 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 46536 nəfər vətəndaşla görüşülmüş, 9529 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

5. Ümumilikdə rayon üzrə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır.  Mobil qruplar tərəfindən 49977 nəfər vətəndaşla görüşülmüş, vətəndaşlara ümumilikdə 15500 ədəd tibbi maska və 750 litr tibbi spirt paylanmış, həmçinin, 139 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 9726 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 48 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

6. 04 iyul 2020-ci il tarixdə koronavirusla bağlı 80 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7408 nəfərdən yaxma götürülmüşdür.

7. Pandemiya dövründə rayon üzrə ümumilikdə 180 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 45 nəfəri müalicə alır, 129 nəfəri sağalaraq evə buraxılmış və 6 nəfər vəfat etmişdir.

Keçidlər