Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra hakimiyyəti başçısından yeni təyinatlar

05 iyul 2020 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının 03-04 iyul 2020-ci il tarixli müvafiq əmrləri ilə rayonun bir sıra fəalları müxtəlif vəzifələrə təyinatlar almışlar.

Yeni təyinat almış fəallar aşağıdakılardır:

Famil Soltanağa oğlu Cəfərov

Masallı rayon İcra hakimiyyəti başçısının 04 iyul 2020-ci il tarixli müvafiq əmri ilə Famil Soltanağa oğlu Cəfərov Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad olunaraq irəli çəkilmə yolu ilə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur.
F. Cəfərov 10.02.1974-cü ildə Masallı şəhərində anadan olmuşdur. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalvr, 1997-1999-cu illərdə isə magistr təhsili almışdır. 1991-1992-ci illərdə Həzi Aslanov adına sovxozda fəhlə, 1997-1998-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda baş laborant, 1998-1999-cu illərdə həmin İnstitutun kiçik elmi işçisi olmuşdur. 1999-2001-ci illərdə Masallı rayonlararası Yerquruluşu idarəsində və 2001-2014-cü illərdə isə Lənkəran rayonlararası Yerquruluşu idarəsində mühəndis kimi fəaliyyət göstərmişir. 2014-cü iildən hal-hazıradək Masallı rayon İcra hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışmışdır. Ailəlidir, 3 övladı var.

Afəddin Ənvər oğlu Kərimov

Masallı rayon İcra hakimiyyəti başçısının 04 iyul 2020-ci il tarixli müvafiq əmri ilə Afəddin Ənvər oğlu Kərimov Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad olunaraq irəli çəkilmə yolu ilə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin olunmuşdur.
A. Kərimov 18.11.1982-ci ildə Masallı rayon Eminli kəndində anadan olmuşdur. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalvr təhslili almışdır. 2005-2012-ci illərdə Masallı rayon Bala Təklə kənd ümumi orta məktəbində müəllim, dərs hissə müdiri vəzifələrdinə çalışmış, 2012-2017-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2017-2018-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlar üzrə məsləhətçi-psixoloqu, 2018-ci ildən hal-hazıradək Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır.
Ailəlidir, 3 övladı var.

İlkin Malik oğlu Niftullayev 

Masallı rayon İcra hakimiyyəti başçısının 04 iyul 2020-ci il tarixli müvafiq əmri ilə İlkin Malik oğlu Niftullayev Masallı rayon İcra hakimiyyəti başçısının Birinci Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad olunaraq Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.
İ. Niftullayev 31.10.1991-ci ildə Masallı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetində bakalv təhsili almışdır. 2016-2017-ci illərdə “GL” MMC-nin Masallı filialında satış məsləhətçisi, 2017-ci ildən hal-hazıradək Masallı rayon İcra hakimiyyəti başçısının Birinci Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsində çalışmışdır.
Ailəlidir, 1 övladı var.


Maqsud Rizvan oğlu Abiyev 

Masallı rayon İcra hakimiyyəti başçısının 03 iyul 2020-ci il tarixli müvafiq əmri ilə Maqsud Rizvan oğlu Abiyev Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müarciətləri ilə iş şöbəsinin məsləhətçisi (kadrlar üzrə işin aparıcısı) vəzifəsinə təyin olunmuşdur.
M. Abiyev 01.08.1984-cü ildə Masallı rayon Kolatan kəndində anadan olmuşdur. 2001-2005-ci illərdə Lənkəran Dövlət Universitetində bakalvr təhsili almışdır. 2007-2008-ci illərdə Masallı rayon Elektrik Şəbəkəsində texniki operator, 2008-2013-cü illərdə fərdi əmək və 2013-cü ildən hal-hazıradək 71 saylı Masallı kədn Dairə Seçki Komissiyaında baş məsləhətçi vəzifəsində çalışımışdır.
Ailəlidir, 3 övladı var.

Rəşad İlham oğlu Dadaşov 

Masallı rayon İcra hakimiyyəti başçısının 04 iyul 2020-ci il tarixli müvafiq əmri ilə Rəşad İlham oğlu Dadaşov Masallı rayon İcra hakimiyyəti başçısının Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.
R. Dadaşov 22.10.1980-ci ildə Masallı rayon Həsənli kənində anadan olmuşdur. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində bakalavr təhsili almışdır. 2003-2006-cı ildə Masallı rayon Həsənli kənd tam orta məktəbində müəllim, 2006-2017-ci illərdə Abşeron rayon Xırdalan şəhərində repititor kimi fəaliyyət göstərmiş, 2017-ci ildən hal-hazıradək Masallı şəhər Heydər Əliyev Mərkəzində bələdçi, Təsərrüfat müdiri və elmi işçi olaraq çalışmışdır.
Ailəlidir, 2 övladı var.

Elşad Fərhad oğlu Abbasov 

Masallı rayon İcra hakimiyyəti başçısının 04 iyul 2020-ci il tarixli müvafiq əmri ilə Elşad Fərhad oğlu Abbasov Masallı rayon İcra hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.
E. Abbasov 23.03.1983-cü ildə Masallı rayon Qızılağac kəndinə anadan olmuşdur. 2008-ci ildən hal hazıradək EMBAWOOD MMC mebel fabrikində keyfiyyət üzrə nəzarətçi və ekspert vəzifələrində çalışmışdır.
Ailəlidir, 2 övladı var.

Keçidlər