Masallıda növbəti virtual qəbul keçirilib
06 iyul 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti virtual qəbulunu keçirib.
Onlayn qəbul zamanı Mahmudavar (Rüdəkənar) kənd sakinləri – Cankişi Əliyev telefon və internetin işləməməsi, Cavad Əkbərov ailə vəziyyətinin ağır olması, Yeddioymaq kənd sakini Firuzə Məmişova tərəvəz əkini üçün icarəyə torpaq istəməsi, Qızılavar kənd sakini Şəhrəbanu Hilalova yardım olunması, Güllütəpə kənd sakini Mirzə Ağayev ailə vəziyyətinin ağır olması, Masallı şəhər sakinləri – Aytən Əzimova həyətyanı torpaqla təmin olunması, Sevinc Nəsirova övladının müalicəsi və ailə durumunun pis olması, İradə Babayeva, Şahin Nəsirov yardım olunması, Ərkivan qəsəbə sakinləri Şərafət Əzimov cərrahi əməliyyat üçün Bakı şəhərinə icazə alınması, Raci Vəliyev maddi vəziyyət, Qızılağac kənd sakini Ədalət Əlizadə əraziyə verilən elektrik enerjisinin zəif olması və tez-tez sönməsi və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.