Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

09 iyul 2020 | 16:00

08 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 08 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə rayon İcra hakimiyyəti, Mərkəzi Rayon Xəstəxanası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və tabeliyində olan 1 sərnişin daşıyan nəqliyyat vasitəsi, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 6 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 6 Yanacaq Doldurma Məntəqəsi, 5 ərazidə 36 fərdi yaşayış evi, 2 ictimai yaşayış binası, 3 ərzaq mağazası, 1 ərazi nümayəndəliyi, 1 Poçt, 1 Elektron Avtomatik Telefon Stansiyası (EATS), 1 həkim məntəqəsi, 11 küçə və əhalinin sıx toplaşdığı yerlər dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 169 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
08 iyul 2020-ci il tarixdə 968 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 46 nəfər yaşayış yerini icazəsiz tərk etməsi, 56 nəfər vətəndaşın maskasız müəyyən edilmişdir. Qaydaları pozan 13 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Umumilikdə Masallı şəhəri üzrə mobil qruplar tərəfindən 7555 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 305 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 500 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 92 nəfər vətəndaş və 9 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
08 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4532 nəfərlə görüşülmüş, onlardan 785 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 64045 nəfər vətəndaşla görüşülmüş, 12447 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 5 nəfər vətəndaş və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. Ümumilikdə rayon üzrə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır.  Mobil qruplar tərəfindən 71600 nəfər vətəndaşla görüşülmüş, vətəndaşlara ümumilikdə 15600 ədəd tibbi maska və 750 litr tibbi spirt paylanmış, həmçinin 305 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 12947 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 97 nəfər vətəndaş və 10 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

6. 08 iyul 2020-ci il tarixdə koronavirusla bağlı 42 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7554 nəfərdən yaxma götürülmüşdür.

7. Pandemiya dövründə rayon üzrə ümumilikdə 200 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 142 nəfər sağalaraq evə buraxılmış 8 nəfər vəfat etmiş, müalicəalan 50 xəstədən 17 nəfəri xəstəxanada 33 nəfəri isə ev şəraitində müalicə olunur.

Keçidlər