Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi

11 may 2014 | 15:00

29 aprel 2014-cü il tarixdən 09 may 2014-cü il tarixədək Masallı Olimpiya Kompleksində və Ərkivan qəsəbə stadionunda 16 komandanın iştrakı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın final mərhələsi 10 May 2014-cü il tarixdə Ərkivan qəsəbə stadionunda keçirilmişdir. Yarışın məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda futbol idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub.  Keçirilən yarışlarda bütün oyunları müvəffəqiyyətlə başa vuran  Ərkivanın “Qala 95” komandası, Türkoba kənd komandası, Həsənli kənd komandası final mərhələsində mübarizə aparmışlar. Gərgin  və maraqlı keçən yarışda Ərkivanın “Qala 95” komandası I yerə, Türkoba kənd komandası II yerə, Həsənlı kənd komandası III yerə layiq görülmüşdür.

 Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər