Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

10 iyul 2020 | 16:00

09 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 09 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə rayon Mərkəzi Rayon Xəstəxanası, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və tabeliyində olan 1 sərnişin daşıyan nəqliyyat vasitəsi, Olimpiya İdman Kompleksi, Polis şöbəsi, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 8 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 qəsəbədə 2 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 166 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
09 iyul 2020-ci il tarixdə 1092 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 73 nəfər yaşayış yerini icazəsiz tərk etməsi, 40 nəfər vətəndaşın maskasız müəyyən edilmişdir. Qaydaları pozan 7 nəfər vətəndaş və 2 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 8647 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 378 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 540 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 99 nəfər vətəndaş və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
09 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4455 nəfərlə görüşülmüş, onlardan 776 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 68500 nəfər vətəndaşla görüşülmüş, 13223 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 5 nəfər vətəndaş və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. 21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 77147 nəfər vətəndaşla görüşülmüş, 378 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 13763 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 104 nəfər vətəndaş və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 15600 ədəd tibbi maska və 750 litr tibbi spirt paylanmışdır.

6. 09 iyul 2020-ci il tarixdə koronavirusla bağlı 44 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7598 nəfərdən yaxma götürülmüşdür.

7. Pandemiya dövründə rayon üzrə ümumilikdə 210 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 144 nəfər sağalaraq evə buraxılmış 9 nəfər vəfat etmiş, müalicəalan 57 xəstədən 19 nəfəri xəstəxanada 38 nəfəri isə ev şəraitində müalicə olunur.

Keçidlər