Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
10 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
1. 10 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Maliyyə idarəsi, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və tabeliyində olan 1 sərnişin daşıyan nəqliyyat vasitəsi, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 10 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, Masallı şəhərində 1 fərdi yaşayış evi, 6 ərazidə 45 fərdi yaşayış evi, 18 küçə, 1 ərzaq mağazası dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 165 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
10 iyul 2020-ci il tarixdə 999 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 53 nəfər yaşayış yerini icazəsiz tərk etməsi, 62 nəfər vətəndaşın maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 19 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 9646 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 431 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 602 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 118 nəfər vətəndaş və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
10 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4502 nəfərlə görüşülmüş, onlardan 739 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 73002 nəfər vətəndaşla görüşülmüş, 13962 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 5 nəfər vətəndaş və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
5. 21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 82648 nəfər vətəndaşla görüşülmüş, 431 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 14564 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 123 nəfər vətəndaş və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 15600 ədəd tibbi maska və 750 litr tibbi spirt paylanmışdır.
6. 10 iyul 2020-ci il tarixdə koronavirusla bağlı 79 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7677 nəfərdən yaxma götürülmüşdür.
7. Pandemiya dövründə rayon üzrə ümumilikdə 213 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 144 nəfər sağalaraq evə buraxılmış 9 nəfər vəfat etmiş, müalicəalan 60 xəstədən 22 nəfəri xəstəxanada 38 nəfəri isə ev şəraitində müalicə olunur.