Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
13 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
1. 13 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və tabeliyində olan 1 sərnişin daşıyan nəqliyyat vasitəsi, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, Masallı şəhər ərazisində 2 ictimai yaşayış binası, 80 zibil konteyneri və 6 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 165 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
13 iyul 2020-ci il tarixdə 883 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 45 nəfər yaşayış yerini icazəsiz tərk etməsi, 66 nəfər vətəndaşın maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 5 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 11640 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 524 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 717 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 139 nəfər vətəndaş və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
13 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4586 nəfərlə görüşülmüş, onlardan 764 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 15 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 86487 nəfər vətəndaşla görüşülmüş, 16153 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 29 nəfər vətəndaş və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
5. 21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 98127 nəfər vətəndaşla görüşülmüş, 524 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 16870 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 168 nəfər vətəndaş və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 15600 ədəd tibbi maska və 750 litr tibbi spirt paylanmışdır.
6. 13 iyul 2020-ci il tarixdə koronavirusla bağlı 64 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7741 nəfərdən yaxma götürülmüşdür.
7. Pandemiya dövründə rayon üzrə ümumilikdə 223 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 148 nəfər sağalaraq evə buraxılmış 11 nəfər vəfat etmiş, müalicə alan 64 nəfər xəstədən 24 nəfəri xəstəxanada 40 nəfəri isə ev şəraitində müalicə olunur.