Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Şəhidini torpağa tapşırdı

15 iyul 2020 | 16:00

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər nəticəsində qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü Azərbaycan Ordusunun mayoru Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilib.

Şəhidin cənazəsini böyük izdihamla qarşılayan minlərlə rayon sakini yollara çıxaraq ehtiramlarını bildiriblər.
Şəhid hərbçi Ərkivan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və RİHB aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.
Hazırkı pandemiya dövründə insanların təhlükəsizliyi nəzərə alınaraq dəfndə iştirak edən insanlara qoruyucu maskalar, spirtlər paylanıb.
Şəhid mayorun tabutuna bükülmüş Azərbaycan Bayrağı övladına təhvil verilib.
Qeyd edək ki, A.Novruzov 25 il hərb sahəsində xidmət edib.
Ailəli idi, iki övladı var.

Allah rəhmət etsin!

Keçidlər