Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir

16 iyul 2020 | 16:00

Məmmədqulu Həsənovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin fəaliyyətiniz daim xalqımızın rifahının yüksəlməsinə, insanlarımızın qayğı və problemlərinin yerində həll olunmasına yönəlib. Xalqımızın firavan yaşayışı naminə atdığını addımlar öz bəhrəsini verir.

Bu günlərdə kəndimizdəki köhnə, sıradan çıxmış elektrik dirəkləri yeniləri ilə dəyişdirildi. Bununla da işıqla təminatımız xeyli yaxşılaşdı, fasiləsiz işıqla təmin olunduq.

Cənab Prezident,

Azərbaycan xalqının qayğısına qalaraq onların problemlərinin həlli istiqamətində gördüyünüz əməli tədbirlərlə bağlı Sizə dərin təşəkkürümüzü bildirir və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Həsənov Məmmədqulu

Azərbaycan Respublikası, Masallı rayonu, Gəyəçöl kəndi.

Keçidlər