Şriftin ölçüsü :

Saytın rəngi :

ÇAXIRLI ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ

15 may 2014 | 15:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 14 may 2014-cü il tarixdə Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində keçirilmişdir. Çaxırlı ərazisi Çaxırlı, Sarıcəfərli,  İmanlı, Kəlbəhüseynli və Bala Təklə yaşayış məntəqələrini əhatə edir. Ərazinin 4431 nəfər əhalisi və 2156 ha  torpaq sahəsi vardır.

             Həmçinin ərazidə 2 tam orta məktəb, 2 ümumi orta məktəb, 1 feldşer-mama, 1 həkim məntəqəsi, 1 kənd klubu, 1 EATS və 1 kənd poçtu fəaliyyət göstərir.

             Çaxırlı ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.

             Kənd ağsaqqallarından Mirqiyas Təhməzov, Şəkur Bağırov kənd ziyalılarından Səadət Paşayev, Elman Bəşirov kənd sakinlərindən Malik Təhməzov, Tacir Əliyev və başqaları  çıxış edərək Çaxırlı kəndində kənd daxili yolların 4 km-nin çınqılla döşənərək təmir olunmasına, Çaxırlı kəndində istirahət mərkəzinin tikilməsinə, ərazidə su ötürücü kanalların təmizlənməsinə, yararsız elektrik və telefon dirəklərinin dəyişdirilməsinə görə  kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

             Sonra sakinlər Kəlbəhüseynli və Sarıcəfərli kəndlərində də istirahət mərkəzlərinin tikintisinə, ərazidə yararsız elektrik və telefon dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

             Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər