Masallıda “Nə Harada” Nə” Zaman” intellektual yarışı
Masallıda gənclər arasında onlayn qaydada “Nə Harada” Nə” Zaman” intellektual yarışı üzrə açıq rayon birinciliyi keçirilmişdir.
19-20 iyul 2020-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında onlayn qaydada “Masallı Gənclər Paytaxtı 2020” seçilməsi ilə əlaqədar olaraq “Nə Harada” Nə” Zaman” intellektual yarışı üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Yarışın əsas məqsədi mövcud pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının müvafiq bəndlərinin, eləcədə “Masallı Gənclər Paytaxtı 2020” seçilməsi ilə əlaqədar olaraq təsdiq edilmiş tədbirlər Planının rayonumuzda icra olunmasından ibarətdir.
Onlayn qaydada keçirilən İntellektual bilik yarışında Masallı rayonunun gənclərdən ibarət komandaları ilə yanaşı Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarından olan gənclər də iştrak etmişdir. Onlayn qaydada keçirilən bilik yarışının sonunda Masallı rayonunun gənclərdən ibarət “ GAUNTLET” komandası 22 xal toplayaraq birinci yerə, Lerik rayonunun gənclərdən ibarət “Stimul” komandası 21 xal toplayaraq ikinci yerə və Cəlilaban rayonunun gənclərdən ibarət “Cənab General” komandası 20 xal toplayaraq üçüncü yerə layiq görülmüşlər.
Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.