Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Milli Mətbuatın 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib

22 iyul 2020 | 16:00

22 iyul 2020-ci il tarıxdə Masallı rayonunda Jurnalistika və Milli Mətbuat Günü münasibəti ilə onlayn tədbir keçirilib.

Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən virtual tədbirə respublikanın aparıcı informasiya agentliklərinin, qəzetlərinin və telekanalların bölgə müxbirləri, regional qəzetlərin baş redaktorları, yerli qəzetin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, ziyalı və ağsaqqallar qoşulublar.

Bayram tədbirini giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova iştirakçıları İcra başçısı Şahin Məmmədovun adından salamlayaraq jurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik edib. O, bildirib ki, böyük maarifpərvər ziyalımız Həsən bəy Zərdabinin açdığı cığırla Azərbaycan Milli Mətbuatının əsası qoyuldu. “Əkinçi” qəzetinın işıq üzü görməsi ilə Azərbaycan jurnalistikası tarixə, mədəniyyətimizə öz əbədi möhürünü vurdu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun bariz nümunəsidir ki, Milli Mətbuatımızın yaranmasının 145 illiyinin qeyd olunması ilə bağlı ölkə rəhbərinin 30 iyul 2020-ci il tarixli sərəncamı hər birimiz tərəfindən sevinclə qarşılanır. Sevindiricidir ki, dövlətimiz dünyanı başına götürmüş koronavirus bəlasının davam etdiyi şəraitdə belə, Azərbaycan Milli Mətbuatına, onun keçdiyi tarixi və şərəfli yola, müasir medianın inkişafına bu qədər önəm verir.

Masallı rayonunda da 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmışdır. Bugünkü tədbir də adı çəkilən tədbirlər planının tərkib hissəsidir.

A.Qafarova KİV əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıb.

Mətbuat işçilərindən Bağır Əliyev (AZƏRTAC), Əlisəfa Həsənov ("Respublika"), Pərvanə Əliyeva (Az.TV), Rövşən Əzimov (SPACE), Asəf Əhmədov (“Report”), İsmayıl Cəfərli ("ARB"), Əlihüseyn Şükürov ("Yeni həyat"), Mərhəmət Lələyev (Masallının səsi), Zahir Əmənov (“Cənub xəbərləri”), Cəfər Cəfərov (“Asiya.az”), eləcə də Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, 2 nömrəli Regional “Mətbuat Yayım” İdarəsinin rəisi Əbülfəz Nuriyev, Masallı şəhər 2 saylı, Xırmandalı və Qızılavar kənd tam orta məktəblərinin direktorları Mehriban Əzizova, Kamal Təhməzov, Lətifə Qənbərzadə dövlətə, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən jurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəlməyindən, pandemiya dövründə media təmsilçilərinin fədakarlığından danışıblar.

Jurnalistlər Masallı rayonunda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu və artıq media nümayəndələrinin rayon ərazisində görülən işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd ediblər, məlumatların peşəkar səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin olunmasına, o cümlədən ənənəvi olaraq Masallıda keçirilən tədbirə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, Mətbuat günü təkcə jurnalistlərin deyil, bütövlükdə cəmiyyətimizin bayramıdır.

Virtual tədbir Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinin təltif edilməsi ilə bitib.

Keçidlər