Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Beynəlxalq Muzeylər Günü qeyd olundu

17 may 2014 | 15:00

16 may 2014-cü il tarixdə Masallı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Masallı şəhər Heydər Əliyev Mərkəzi, Hişkədərə Tarix Diyarşünaslıq Muzeyi, Tatyan kənd muzeyi və digər muzeylərdə rayon rəhbərliyi, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə Beynəlxalq Muzeylər Günü təntənəli şəkildə qeyd olundu.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir.

Heydər Əliyev Mərkəzindən başlayan tədbirdə Rayon İcra hakimiyyətinin Başçısı Rafil Hüseynov və  tədbir iştirakçıları Ulu öndərin həyat fəaliyyətnini əks etdirən foto-stendlərlə tanış olmuşlar. Tarix müəllimlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin və bu kursun layiqli davamçısı cənab İlham Əliyevin fəaliyyəti, Masallı rayonuna səfərləri haqqında geniş məlumatlandırılmışlar.

Keçidlər