Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 253,9 hektarda çəltik becərilir

25 iyul 2020 | 16:00

Masallı rayonunda ənənəvi əkinçilik sahəsi olan çəltikçiliyin inkişaf etdirilməsi məqsədi ilə görülmüş tədbirlər nəticəsində çəltik əkinləri əvvəlki ilə nisbətən 2020-ci ildə 36,7 hektar artırılaraq 253,9 hektara çatdırılmışdır.
Bu ilki vegetasiya dövründə rayon ərazisində əsasən apola, haşimi, okean və şirüdi çəltik sortları becərdilir.
Çəltik sahələri suvarma suyu ilə təmin olunaraq, yabanı alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir. Hazırkı vaxtadək ləklərin suvarma suyu ilə təmin olunmasında ciddi problemlər yaranmamışdır.
Masallı çəltikçiləri cari ildə sahələrdən daha yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvə ilə işləyirlər.

Keçidlər