Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonu üzrə aqrar sahədə görülmüş işlər

25 iyul 2020 | 16:00

Masallıda aqrar sahənin inkişafına xüsusi diqqət ayrılır.

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanının icrası ilə əlaqədar  cari ildə istehsalçılara  subsidiyanın verilməsi  (EKTİS) Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsi ilə həyata keçirilmişdir. Bu məqsədlə Nazirliyin aidiyyatı şöbələrinin mütəxəssisləri  tərəfindəm  Masallı DAİM-nin  əməkdaşlarına  müvafiq təlimlər keçirilmiş, eyni zamanda fermerlər arasında marifləndirici təbliğatlar aparılmışdır.
2019-cu ildə 2020-ci ilin məhsulu üçün payızlıq əkinlərin ümumi həcmi 12314 ha  olmuşdur ki, bu əkinlərin  6917 ha  buğda,  2717 ha arpa,  2680 ha isə  vələmir əkinləri təşkil etmişdir.
Rayon üzrə orta məhsuldarlıq  buğda sahəsində  23,5 sentner olmaqla 16271,7 ton, arpa sahəsində isə 21,5 sentner olmaqla 5844,7 ton məhsul istehsal olunmuşdur.
İstehsalçılar tərəfindən payızlıq əkinlərdən 6369,5 ha buğda, 1728,5 ha arpa, 1964,3 ha vələmir əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilmiş, onlara 1864758,4 manat  subsidiya hesablanmışdır.
2020-ci ilin məhsulu üçün rayonda ümumuilikdə 4204,10 ha yazlıq əkin aparılmışdır.  Yazlıq əkinlərdən 1747 ha tərəvəz, 244,8 ha göyərti, 880,5 ha kartof, 570,4 dənli paxlalılar, 253,9 ha çəltik,  332,8 ha bostan bitkiləri, 51 ha tütün, 43,2 ha günəbaxan, 27,1 ha zəfəran, 19,5 ha süpürgə, 17,0 ha  yonca təşkil edir. 
Hal-hazırda rayon ərazisində tərəvəz və bostan bitkilərinin yığımı başlanmışdır. 24.07.2020-ci il tarixə soğan-1840 ton, sarımsaq-1457 ton, kələm-501 ton, xiyar-9170 ton, pomidor-10520,3 ton, badımcan-13375 ton, kartof-15303 ton, yemiş və qarpız ümumilikdə 1683 ton, digər tərəvəz məhsullarının istehsalı 2523 ton təşkil edir. Rayon ərazisində tərəvəz və bostan bitkilərinin  yığımı davam etdirilir.
Rayonda ənənəvi əkinçilik sahəsi olan çəltikçiliyin inkişafı etdirilməsi məqsədi ilə görülmüş tədbirlər nəticəsində  çəltik əkinləri əvvəlki ilə nisbətən  2020-ci ildə 36,7 hektar artırılaraq 253,9 hektar çatdırılmışdır. Bu ilki vegetasiya dövründə  çəltik sahələrində normal çıxış əldə olunmuşdur. Çəltik sahələri  suvarma suyu ilə təmin olunaraq,  yabanı alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir. Hazırkı vaxtadək ləklərin suvarma suyu ilə  təmin olunmasında  ciddi problemlər yaranmamışdır.
Çayçılıq və tütünçülük  Masallı rayonunda ənənəvi əkin sahələrindəndir ki, rentabelli və əmək tutumlu olan bu sahələrinin genişləndirilməsi  rayonun iqtsadiyyatının inkişafina öz müsbət təsirini göstərəcəkdir.
Rayon ərazisində 51 ha sahədə tütün əkini aparılmış və  hal-hazırda tütün yığımına başlanılmışdır. Artıq fermerlər tərəfindən 153 ton yaş, 15 ton quru tutun yarpağı tədarük olunmuşdur. Yaxın vaxtda  quru tütünün  Şəki və Zaqatala rayonlardında yerləşən tütün qəbulu məntəqələrinə təhvil verilməsi planlaşdırılır. Tütün yığımı davam etdirilir.
Azərbaycan Respublikasında “Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün qəbul olunmuş Dövlət Proqramı”nın icrası ilə  bağlı  rayonda çay əkin sahələrinin həcmi 125 hektar çatdırılmışdır.
Bu sahələrin  4 hektarı Kolatan kəndində əvvəllki dövrlərdən saxlanılmış, 16 hektarı fermerlər tərəfindən, 100 hektarı isə 2015-2018-ci illər ərzində “Azərsun-Holdinq” tərəfindən yeni salınmış çay plantasiyalarıdır.
   Hal-hazırda Tüklə kəndi ərazisində sahibkar Nəcəfov Seyran Burhan oğlu tərəfindən mülkiyyətində olan 30 ha sahənin aqrotexniki qaydada hazırlanması  işlərinə başlanılmış, (plantaj şum və hamarlanmsı) ilkin mərhələdə, cari ilin payız aylarında  5 ha sahədə yeni çay plantasiyasının salınması nəzərdə tutulmuşdur. Dövlət Proqramına icrası ilə bağlı sahibkar tərəfindən  növbəti illərdə çay plantasiyasının genişləndirilməsi həyata keçiriləcəkdir.

Yay şumunun vaxtında və keyyfiyyətli vurulmasının ziyanvericilərin  və süfrələrinin məhf olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti ilərdə məhsuldarlığın  yüksəldilməsinə müsbət təsiri  barədə fermerlərlə aparılmış marifləndirici tədbirlər nəticəsində artıq  rayonun inzibati ərazi vahidləri üzrə ümumilikdə 1300 ha sahədə  yay şumu vurulmuş və torpaq sahələrinin şumlanması davam etdirilir.
2020-ci ildə rayona 140 qutu tut ipəkqurdu gətirilərək 57 nəfər kümçüyə paylanmış, 2228,20 kq sort qarışıqları və 59,3 kq karapaçax növ barama olmaqla ümumilikdə 2287,5 kq yaş barama “Azər-İpək” MMC-yə təhvil verilmişdir. Təhvil verilmiş yaş baramanın hər kiloqramına görə hesablanmış məbləğin yaxın vaxtlarda kümdarların bank və ya kart hesablarına köçürüıməsi təmin olunacaqdır.
2018-ci ildən başlayaraq Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilməsi və Dövlət tərəfindən arıçılara dəstək göstərilməsi əhali arasında bu sahəyə marağı artırmışdır. 2019-cu ildə arıçılıqla məşğul olan 483 nəfər arıçıya ümumilikdə saxladıqları 7821 arı ailəsinə (pətəyə) görə 78210 manat vəsait  ödənilmişdir.
2020-ci ildə isə 564 arıçı  saxladıqları  9918 arı ailəsini (pətəy) Elektron Kənd Təsərrüfatı İnformasiya Sistmində (EKTİS) qeydiyyatdan keçirilmişdir. Yaxın vaxtlarda Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən  hər arı ailəsinə görə hesablanmış subsidiya məbləğinin  arıçıların kart  hesablarına köçürülməsi təmin olunacaqdır. . 
01.07.2020-ci il tarixə rayon üzrə İri buynuzlu mal-qaranın sayı 73219 baş, xırda buynuzlu mal-qaranın sayı 93337 baş olmuşdur.
Rayonumuzda heyvandarlığın cins tərkibinin yaxılaşdırılması istiqamətində də işlər davam etdirilir. Belə ki, cari ilin 6 ayı ərzində rayon üzrə 1245 baş ana mal süni yolla mayalandırlmış və həmçinin süni mayalanma yolu ilə 1318 baş sağlam buzov doğulmuşdur. Hər buzova görə 100 manat olmaqla 131800 manat vəsait hesablanmış və bu məbləğin bir hissəsi artıq vətəndaşların hesabına köçürülmışdır.

Keçidlər