Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib

25 iyul 2020 | 16:00

25 iyul 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.

Virtual qəbul zamanı Ərkivan qəsəbə sakinləri- İdris Tahirov əkin sahələrinə su verilməsi, Züleyxa Bədəlovanın oğluna əlillik dərəcəsi və evinin qəzalı olması, Köhnə Alvadı kənd sakini Rahət Yəhyayev işlə təmin olunması, Masallı şəhər sakini Üzeyir Bilalov torpaq sahəsinə sərəncam verilməsi, Güllütəpə (Yeni Zuvand) sakini Firudin Əliyev əlillik dərəcəsi alması, Qarğalıq (Qədirli) kənd sakini Fatma İbişova maddi yardımla təmin olunması,Türkoba (Şatıroba) kənd sakini Gülçin Əsədullayeva oğlanlarının işlə təmin olunması və maddi durumunun pis olması, Qəriblər kənd sakini Bahadır Abiyev hədələnməyi və xəsarət alması, Boradigah qəsəbə sakini Ağasadiq Manaflı evinin təbii fəlakət nəticəsində qəzalı olması və s. ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

Keçidlər