Banbaşı-Yeyənkənd avtomobil yolunun açılışı
19 may 2014-cü il tarixdə ümumi uzunluğu 4 kilometr olan Banbaşı-Yeyənkənd yolunun açılışı olmuşdur.
Təbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon rəsmləri, idarə və təşkilat rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişlər. Əvvəlcə kənd ağsaqqalarından Ramiz Əzimov, Mirhəsən Əhmədov kənd ziyalılarından Fəxrəddin Fərəcov, Əli Əhmədov və başqaları çıxış edərək kənddə yeni yolun çəkilişinə və kənddə görülən digər abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə və ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər. Tədbir iştirakçılarını kənddə yeni, müasir yolun çəkilişi münasibətilə təbrik edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək vurğulamışdır ki, bu gün Respublikada rayon mərkəzlərinin və kəndlərin yolları abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu genişmiqyaslı işlər Masallı rayonunda da həyata keçirilir. Yol çəkilişi insanlara rahatlıq gətirməklə yanaşı, hər bir bölgənin inkişafını müəyyən edən əsas amillərdən biridir. Çünki yol olmadan hərtərəfli inkişafa nail olmaq mümkün deyil. İnsanların rahatlığı, bölgənin davamlı sosial-iqtisadi inkişafı üçün müasir avtomobil yolunun mövcudluğu əsas məsələdir.
Sonra kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rəmzi lent kəsilmişdir.