Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

28 iyul 2020 | 16:00

1. 27 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

2. 27 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və tabeliyində olan 1 sərnişin daşıyan nəqliyyat vasitəsi, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 2 ictimai yaşayış binası, 19 ərzaq mağazası və 10 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

3. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 163 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

  4. 2020-ci ilin iyul ayı ərzində Masallı rayon sakinləri tərəfindən Nazirlər Nabinetinin tövsiyələrinə uyğun olaraq, sərt karantin rejimi qaydaları nəzərə alınmış, 2 ərazidə yas mərasimlərində veriləcək ehsan əvəzinə 2 iri buynuzlu, 3 xırda buynuzlu heyvan kəsilərək hər birininin çəkisi təxminən 1,5-2 kq olmaqla ümumilikdə 195 imkansız və aztəminatlı ailəyə paylanmışdır.

5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
27 iyul 2020-ci il tarixdə 1086 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 64 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 129 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 5 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 23323 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 1063 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 1818 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 196 nəfər və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

6. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
27 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3472 nəfərlə görüşülmüş, onlardan 621 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 17 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 137823 nəfərlə görüşülmüş, 25218 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 175 nəfər və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

7. 27 iyul 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4558 nəfərlə görüşülmüş, 64 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi və 750 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 22 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 161146 nəfərlə görüşülmüş, 1063 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi və 27036 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 371 nəfər və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 17800 ədəd tibbi maska və 770 litr tibbi spirt paylanmışdır.

8. 27 iyul 2020-ci il tarixdə koronavirusla bağlı 34 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 8254 nəfərdən yaxma götürülmüşdür.

 

Keçidlər