Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda badımcan sahələri ildən-ilə genişləndirilir

29 iyul 2020 | 16:00

Masallı rayonunda badımcan sahələri ilbəil genişləndirilir.

Cari ildə əmək adamları 522,3 hektar sahədə  bu qiymətli tərəvəzə qayğı göstərirlər.

May ayından məhsul yığımına başlayan fermerlər sentyabrın sonuna kimi bazarlara badımcan çıxaracaqlar.

Xırmandalı əkinçiləri bu il bostan bitkisi ilə yanaşı 210 hektar sahədə badımcan yetişdirmişlər. Onlar hər gün sahələrdən tonlarla məhsul yığıb satmağa nail olurlar.

Həsənli,  Mahmudavar, Öncəqala, Səmidxan, Yeddioymaq tərəvəzçiləri də hər il bu sahədən yaxşı gəlir götürürlər.

Keçidlər