Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib
29 iyul 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Videobağlanıtda hüquq mühafizə orqanları, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Virtual qəbul zamanı Masallı şəhər sakinləri - Qarabağ veteranı Rəşid Şükür oğlu Məmmədov Bakı şəhərində protezini yeniləmək üçün maddi yardıma ehtiyacı və Zahir Səməd oğlu Hüseynov işlə təmin olunması, Güllütəpə kənd (Yolağac) sakini Çingiz Əhəd oğlu Məmmədov yaşadığı evin yanması, Göyəçöl kəndindən Abdulrəhim Sübhan oğlu Quliyev, Hakim Abduləli oğlu Eynullayev, Şükür Yaşaxan oğlu Qardaşəliyev və bir qrup kənd sakinləri yaşadıqları ərazinin bir hissəsində elektrik enerjisinin çox zəif olması, Səmidxan (Alışanlı) kənd sakini Ofelya Nəriman qızı İsayeva orta ixtisas təhsilli qızının işlə təmin olunması, Qarğalıq (Eminli) kənd sakini Xanhüseyn Orduxan oğlu Nəzərov Qurban payı ilə təmin olunması, Qarğalıq kənd sakini Röyal Kamil oğlu Həsənov qeyri yaşayış obyektinə sərəncam alması və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.