Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Vətənə sevgi ən ülvi hisdir” mövzusunda onlayın konfrans

29 iyul 2020 | 16:00

29 iyul 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, SHXÇDX-nın Masallı rayon şöbəsinin, Masallı Gənclər Evi sosial xidmət müəssiəsinin , Masallı rayon Ehtiyatda olan Zabitlər konfederasiyasının və fəal gənclərin iştrakı ilə gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması məqsədi ilə “Vətənə sevgi ən ülvi hisdir” mövzusunda onlayın konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəici Camal Manafov açaraq əvvəlcə konfrans iştrakçılarını salamladı.İdarə rəisi qeyd etdi ki, bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.Ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına hələ ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən başlanılıb. Ulu öndər gənclərin himayədarları kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Son dövrlər cəbhədə Azərbaycan Ordusunun uğurları millət olaraq nəyə qadir olduğumuzu bir daha sübüt edir. Qısa müddətdə bütün xalqın hər şeyi kənara qoyub bir yumruq halında birləşməsi vətənpərvərlik ruhunun yetərincə olduğunu göstərdi və Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevi ətrafında sıx birləşdiyini birdaha sübut etdi.

Konvransda Masallı rayon Ehtiyatda olan Zabitlər konfederasiyasının sədir müavini Camaləddin Məmmədov çıxış edərək gənclərdə vətənpərvərlik tərbiyəsi öz vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibliyini vurğulada,

Daha sonra fəal gənclərdən Rövşən Muxtarov çıxış edərək yetişməkdə olan gənc nəslin doğma yurduna mənən və ruhən bağlılığı üçün hər cür şərait və imkanlar yaradıldığını. Bu imkanlardan gəncləri daha böyük əzmlə Vətəninə, doğma Azərbaycanına bağlı olmağa həvəsləndirirlməsindən danışaraq, Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacib olduğunu vurğuladı.

Keçidlər